PSJ-nin ulduzu rəsmən qətər klubunda - 45 milyon alacaq

14 Sentyabr 2023 01:30 Fransa 1 294
PSJ-nin ulduzu rəsmən qətər klubunda - 45 milyon alacaq

İtaliyalı yarımmüdafiəçi Marko Verratti PSJ-dən Qətərin “Əl Ərəbi” klubuna keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti X-də məlumat yayıb.

Tanınmış jurnalist Fabrizio Romano parislilərin italyan yarımmüdafiəçi üçün 45 milyon avro alacağını yazıb.

Fransa çempionatının ötən mövsümündə Verratti 24 matçda iştirak edib. O, iki qol vurub və iki məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, Verrattinin bazar dəyəri 40 milyon avrodur. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi. PSJ-yə qədər Verratti İtaliyanın “Peskara” klubunda çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i