Baş məşqçi ayrılığı rəsmən açıqlandı - “Monako”da

20 İyul 2020 01:52 Fransa 1 089
Baş məşqçi ayrılığı rəsmən açıqlandı - “Monako”da

“Monako” baş məşqçisi Robert Morenonun istefaya göndərilməsini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 42 yaşlı yaşlı mütəxəssisin istefası ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə başlanılıb.

Bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunan ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2022-ci ilə qədər idi. Komanda onun rəhbərliyi altında 13 oyuna çıxıb, 5 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib. “L’Equipe” nəşri "Monako"ya Xorvatiya millisi və “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçın baş məşqçi təyin ediləcəyini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA