Üç futbolçusunda koronavirus aşkarlandı - “Lill”in

19 İyul 2020 12:00 Fransa 483
Üç futbolçusunda koronavirus aşkarlandı - “Lill”in

“Lill”in 3 futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin baş məşqçisi Kristof Qaltye məlumat verib.

O, “Muskrona”a 2:1 hesabıyla qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında Renato Sançes, Conatan İkone və Conatan Bambadan götürülən koronavirus testinin müsbət nəticə verdiyini bildirib.

Hazırda onların xüsusi karantin rejimində müalicəsi davam etdirilir. Hər üç futbolçunun qısa zamanda sıraya dönməsi gözlənilir.

“Lill” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-in 2019/20 mövsümündə 4-cü yeri tutduğu üçün Avropa Liqasında iştirak hüququ qazanıb. Fransa çempionatında yeni mövsümə isə avqustun 23-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"