“Mançester Yunayted”ə 110 milyon avro verməyə hazırdır

15 İyul 2020 15:18 Fransa 690
“Mançester Yunayted”ə 110 milyon avro verməyə hazırdır

“Mançester Yunayted”in futbolçusu Markurs Reşford oynadığı çempionatı dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, Reşfordun karyerasını Fransada davam etdirmək variantı yaranıb.

Onunla PSJ ciddi maraqlanır. Məlumata görə, 22 yaşlı futbolçunun alınmasını PSJ-nin baş məşqçisi Tomas Tuxel israr edir. O, PSJ-nin gələcək oyun fəlsəfəsini məhz Reşford üzərində qurmağı planlaşdırır.

Xəbər verilir ki, Reşford yay transfer dönəmində PSJ-nin əsas prioriteti hesab edilib. Paris klubunun rəhbərliyi onu əldə etmək üçün 110 milyon avro verməyə hazırdır.

Markus cari mövsümdə bütün turnirlərdə 38 oyun keçirib, 21 qol vurub, 10 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!