80 milyon avro ödədilər, hücumçunu birdəfəlik aldılar

23 Noyabr 2023 12:00 Fransa 810
80 milyon avro ödədilər, hücumçunu birdəfəlik aldılar

PSJ mövsümün əvvəlində "Benfika"dan icarəyə götürdüyü Qonçalo Ramosla bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı forvardın transfer hüququna yiələnib.

PSJ Portuqaliya millisinin üzvü üçün Lissabon təmsilçisinə 65+15 milyon avro ödəyəcək. Hücumçu Liqa 1 təmsilçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qonşalo Ramos PSJ-nin heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti