Bu klublar aşağı liqaya göndərildi - YEKUN QƏRAR

24 İyun 2020 09:56 Fransa 663
Bu klublar aşağı liqaya göndərildi - YEKUN QƏRAR

Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa I Liqasında son yerləri tutan "Amyen" və "Tuluza" aşağı diviziona düşürülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 rəhbərliyi qərar verib.

Fransa dövlət şurası ötən həftə 2-ci liqaya göndərilməsinə qərar verilən “Tuluza” və “Amyen” klublarının elitada qalmasına qərar vermişdi. Lakin yarış rəhbərliyi növbəti mövsüm 22 komandalı çempionat təşkil edə bilmədiyi üçün qərarı qəbul etməyib.

Bu səbəbdən hər iki klub II Liqaya düşürülüb. Əvəzində isə "Lans" və "Loryan" klubları yüksək liqaya qalxıb. Fransa çempionatının 2019/20 mövsümünün qalibi PSJ elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti