Koronavirus testindən keçdi - 3 futbolçu, 1 məşqçi NEQATİV çıxdı

24 İyun 2020 00:28 Fransa 814
Koronavirus testindən keçdi - 3 futbolçu, 1 məşqçi NEQATİV çıxdı

PSJ-nin kollektivi koronavirus testindən keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Testlər nəticəsində 3 futbolçunun daha öncə koronavirusa yoluxduğu müəyyənləşib. Onlar artıq tam sağalıblar. Futbolçulardan əlavə, məşqçilər korpusunda da bir nəfər daha öncə koronavirusa yoluxub və sağalıb.

Hazırda həmin şəxslərdən heç biri virus daşıyıcısı olmadığına görə məşqlərdə iştirak edə bilirlər.

PSJ koronavirus pandemiyasına görə vaxtından əvvəl başa çatdırılan Fransa çempionatının 2019/20 mövsümünün qalibi elan olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA