Hökumətdən idman yarışları ilə bağlı yeni qərarlar

21 İyun 2020 10:20 Fransa 557
Hökumətdən idman yarışları ilə bağlı yeni qərarlar

Fransa hökuməti koronavirus səbəbiylə ölkədə dayandırılan idman yarışları ilə bağlı yeni qərarlar qəbul edib.

Sportinfo.az xəbər verir ki, yeni qərarlara görə, iyulun 11-dən bütün təhlükəsizlik qaydalarına riayət etməklə, kollektiv idman növlərinin keçirilməsinə icazə veriləcək.

Amma fərdi idman növlərindəki qadağa davam edəcək. Bundan başqa, bu mərhələdə stadionlara 5 min nəfərə qədər azarkeşin daxil olmasına da icazə veriləcək.

Növbəti mərhələlərdə vəziyyətə uyğun olaraq bu say artırılacaq. Koronavirus səbəbiylə dayandırılan Fransa Liqa 1-i erkən başa çatdırılmış və PSJ cari mövsümün çempionu elan edilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!