"Onunla maraqlanırdı, mübadilə və ya pul təklif edirdi”

27 Oktyabr 2023 02:20 Fransa 604
"Onunla maraqlanırdı, mübadilə və ya pul təklif edirdi”

PSJ-nin qolkiperi Canluici Donnarummanın agenti Enzo Rayola hesab edir ki, futbolçu klubun günahı ucbatından “Milan”ı tərk edib.

Sportinfo.az xəbər verir ki, italiyalı qapıçının agenti futbolçunun klubdan azad agent kimi ayrılmaq planı olmadığını bildirib:

“Paolo Maldini ona dedi ki, onlar artıq başqa qapıçı alıblar. Donnarumma heç vaxt “Milan”dan azad agent kimi ayrılmaq fikrində deyildi.

“Yuventus” da onunla maraqlanırdı və mübadilə və ya pul təklif edirdi”.

Donnarumma “Mİlan”ın yetirməsidir. O, Paris komandasının üzvü olana qədər 2015-2021-ci illərdə İtaliya klubunda çıxış edib.

Ümumilikdə o, milanlıların heyətində 251 oyun keçirib, 265 qol buraxıb və 88 oyunda qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti