UEFA klubu cəzalandırdı - Gəlirlərin 15 faizini müsadirə edəcək

20 İyun 2020 00:14 Fransa 509
UEFA klubu cəzalandırdı - Gəlirlərin 15 faizini müsadirə edəcək

UEFA "Marsel"i cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, buna Liqa 1 təmsilçisinin maliyyə feyr-pley qaydaları ilə bağlı anlaşmanı pozması səbəb olub.

Klubu 3 milyon avro məbləğində cərimələyən qitə futbol qurumu 2020/2021 və 2021/2022 mövsümlərində avrokuboklardan gələn gəlirlərin 15 faizini müsadirə edəcək.

Bundan əlavə, "Marsel" qarşıdakı 3 mövsümdə UEFA-nın bayrağı altında keçiriləcək oyunlarda maksimum 23 futbolçu sifariş edə biləcək. Klubun UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı