
Azərbaycan Premyer Liqasında X tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma qollu heç-heçə ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. Meydan sahiblərində 46-cı dəqiqədə Otto Con fərqlənib.
89-cu dəqiqədə Leandro Andrade komandasını yenidən hesabda önə keçirsə də, 90+4-cü dəqiqədə Ayxan Quseynov növbəti dəfə tarazlığı bərpa edib
Bu nəticədən sonra "Qarabağ" xallarının sayını 20-yə, "Turan Tovuz" isə 12-yə çatdırıb.