Çempionatı dəyişməlidir ki...

16 İyun 2020 17:38 Fransa 592
Çempionatı dəyişməlidir ki...

“Real”ın xorvatiyalı futbolçusu Luka Modriç PSJ-nin hücumçusu Kilian Mbappeyə çağırış edib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi Mbappeyə PSJ-ni tərk etməyi məsləhət görüb.

O hesab edir ki, Kilian inkişaf etmək istəyirsə, asanlıqla qələbələr qazanan komandadan getməlidir: “Mbappedə liderlik üçün bütün keyfiyyətlər var. Amma hesab edirəm ki, daha da keyfiyyətli olmaq üçün çempionatı dəyişmək lazımdır.

PSJ Fransa çempionatında asan qələbələr qazanır. Rəqabətin olmadığı mühitdə isə inkişaf etmək çətindir”.

Mbappe bir neçə dəfə bildirib ki, “Real”da oynamaq istəyir.

Digər Xəbərlər
Xəbər Lenti