38 yaşında futbola qayıdır – Yeni klubu bilindi

14 İyun 2020 19:20 Fransa 1 352
38 yaşında futbola qayıdır – Yeni klubu bilindi

Fransa milli komandasının sabiq futbolçusu Cibril Sisse yenidən futbola qayıdır.

Sportinfo.az xəbər verir ki, 38 yaşlı hücumçu “Dijon” klubu ilə müqavilə imzalayacaq.

Bu barədə Fransa mətbuatı məlumat yayıb. Sissenin transferinin yaxın zamanda açıqlanacağı gözlənilir.

2019-cu ilin yayında karyerasını bitirən Sisse, bir müddət əvvəl verdiyi açıqlamada, Fransa çempionatında 100 qol səddini aşmaq istədiyini demişdi. Keçmiş hücumçunun Liqa 1-də 96 qol var.

Sisse karyerası ərzində “Liverpul” (İngiltərə), “Marsel”, “Oser”, “Bastia” (hamısı Fransa), “Sanderlend” (İngiltərə), “Panatinaikos” (Yunanıstan) kimi klubların formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!