"Müqaviləsini uzatmayacaq və o, klubdan ayrılacaq"

10 İyun 2020 01:24 Fransa 525
"Müqaviləsini uzatmayacaq və o, klubdan ayrılacaq"

PSJ kapitanı Tyaqo Silva ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçinin başa çatan müqaviləsi uzadılmayacaq.

Bu barədə Paris təmsilçisinin idman direktoru Leonardo məlumat verib: "Silva iyunun 30-da başa çatacaq müqaviləsini uzatmayacaq və o, klubdan ayrılacaq".

PSJ Silvanı 2012-ci ildə "Milan"dan 42 milyon avroya transfer edib. 35 yaşlı müdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 1 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı