“Bəsdirin, bizə təcili olaraq dəyişiklik lazımdır!”

5 İyun 2020 00:00 Fransa 1 217
“Bəsdirin, bizə təcili olaraq dəyişiklik lazımdır!”

Fransa yığmasının sabiq futbolçusu Terri Anri Corc Floydun polis tərəfindən öldürülməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Anri 2020-ci ildə irqçi ayrı-çekliyin olmasına təəssüfləndiyini deyib.

O, “instaqram”da paylaşım edərək belə davranışlara son qoymağa çağırıb: “Bir neçə gündür ki, Corc Floydun faciəli ölümü ilə bağlı hisslərimi dəqiq təsvir etmək üçün fikirlərimi toplayıram.

Faciədən dərhal sonra duyğular, nifrət və qəzəblə yazmaq çox asan olardı. Bu hisslər hələ də mövcud olsa da, çalışacağam ki, fikrimi çatdırım.

Niyə 2020-ci ildə belə hallar baş verir? Niyə bu irqçilər onların komandalarında oynayan etnik azlıqları stadionda alqışlayır, amma küçədə təhqir edirlər?

Bütün bunları cəmiyyətimizdən kənarlaşdırmaq üçün istifadə etdiyimiz bütün metodlar niyə işləmir? Belə durum çox davam edir və müasir cəmiyyətdə buna dözmək mümkün deyil.

Bizə təcili olaraq dəyişiklik lazımdır. Biz dəyişiklik tələb edirik. Ən əsası, biz, dəyişikliyə layiqik. Bunu indi edin. Bəsdir!”

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu