Adil qızılını satmayıb: "Onu böyük sandıqda saxlayıram"

29 May 2020 16:28 Fransa 1 248
Adil qızılını satmayıb: "Onu böyük sandıqda saxlayıram"

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Fransa yığmasının üzvlərindən biri DÇ-2018-də qazandığı qızıl medalı satıb.

Sportinfo.az xəbər verir ki, amma medalı satan futbolçunun adı açıqlanmırdı. Bildirilirdi ki, medal hərracda 66 min avroya satılıb.

Fransa yığmasının heyətində dünya çempionu olan, hazırda “Soçi”də çıxış edən Adil Rami bildirib ki, medalı satan futbolçu o deyil.

Müdafiəçi bu barədə “instaqram”da belə yazıb: “Mənim medalım evdədir. Digər mükafatlarımla birgə böyük sandıqda saxlanılır”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM