“Lamborghini”ni ağaca çırpdı - FOTO

29 May 2020 13:26 Fransa 543
“Lamborghini”ni ağaca çırpdı - FOTO

PSJ-nin qapıçısı Martsin Bulka qəza törədib.

Sportinfo.az xəbər verir ki, qapıçının idarə etdiyi “Lamborghini” yoldan çıxaraq ağaca çırpılıb.

İlkin ehtimala görə, Bulka idarəetməni itirib. Qapıçı qəza nəticəsində yüngül xəsarət alıb. Amma avtomobilə ciddi ziyan dəyib.

20 yaşlı qapıçı cari mövsümdə PSJ-nin heyətində cəmisi 1 oyuna çıxıb. Fransa çempionatı koronavirusa görə yarımçıq dayandırılıb və PSJ çempion elan edilib.

Digər Xəbərlər
Xəbər Lenti