Bu dəfə avtomobil qəzasından sağ çıxmadı - FOTO

24 May 2020 12:40 Fransa 1 248
Bu dəfə avtomobil qəzasından sağ çıxmadı - FOTO

"Oser"in keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib.

O, 43 yaşında həyatını itirib. Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub.

Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib. Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"