
PSJ-nin ulduzu Kilian Mbappe bu mövsümün sonunda Paris klubundan ayrılacaq.
Sportinfo.az xəbər verir ki, o, bu barədə rəsmi instaqram hesabında paylaşım edib.
“Hamınıza bildirmək istəyirəm ki, PSJ-də son mövsümümü keçirirəm. Müqaviləmi yeniləməyəcəm, ona görə də bu macəra bir neçə həftəyə bitəcək” - 25 yaşlı hücumçu bildirib.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.