“Son vaxtlar lap ağ edib”

19 May 2020 15:04 Fransa 579
“Son vaxtlar lap ağ edib”

Fransa çempionatının yarımçıq dayandırılması ilə bağlı qərar verildikdən sonra bir sıra klub rəhbərləri federasiyanı kəskin tənqid edir.

Sportinfo.az xəbər verir ki, “Lion”un prezidenti Jan-Mişel Olyas federasiya rəhbərliyini daha sərt tənqid edir.

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre onun tənqidlərinə münasibət bildirib: “Biz bir-birimizi çoxdan tanıyırıq. O, mənim necə getdiyimi, mən də onun necə getdiyini görürəm. Digər tərəfdən, o, hərdən klubunun mənafeyini olduqca emosional tərzdə müdafiə edir.

Son vaxtlar isə lap ağ edib. Mən ona bununla bağlı ya telefonla, ya da mətbuat vasitəsilə xəbərdarlıq edəcəyəm. Ancaq o, Çempionlar Liqasında oynamaq istəyilə yaşayır”.

Çempionat yarımçıq dayandırıldığı üçün 7-ci pillədə qərarlaşan “Lion” avrokuboklara vəsiqə əldə edə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı