
Marsel “Olimpik”i yeni baş məşqçisini rəsmən təqdim edib.
Sportinfo.az xəbər verir ki, bu vəzifəyə Cennaro Qattuzo təyin olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 45 yaşlı mütəxəssis təyinatından cəmi 7 matç sonra klubu tərk edən Marselinonu əvəzləyib.
Qattuzonun Fransa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Qattuzonun sonuncu iş yeri “Valensiya” olub.