Neymar şam yeməyi zamanı ona etiraf edib ki...

12 May 2020 01:38 Fransa 653
Neymar şam yeməyi zamanı ona etiraf edib ki...

Neymar və Kilian Mbappe yaxın zamanlarda PSJ-ni tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə PSJ-nin futbolçusu Ander Erreyra məlumat verib.

O, Neymarla söhbətinin məğzini mətbuata açıqlayıb: “Mbappe və Neymar PSJ-nin futbolçularıdır. Onlar kluba sadiqdirlər. Karantindən əvvəl Neymarla şam yeməyində oldum.

PSJ-nin layihəsi onu heyrətləndirir. Etiraf etdi ki, Parisdə özünü heç vaxt indiki kimi xoşbəxt hiss etməyib. PSJ-nin layihəsi elədir ki, onların hər ikisi – Neymar da, Mbappe də Parisdə özünü rahat hiss edir”.

Həm Neymarın, həm də Mbappenin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti