Bekhemin komandası Pastore ilə danışıq aparır

9 May 2020 11:06 Fransa 697
Bekhemin komandası Pastore ilə danışıq aparır

İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin yaradıcılarından olduğu "İnter Mayami" klubu transfer fəaliyyətini davam etdirir.

Sportinfo.az xəbər verir ki, ABŞ klubu "Roma"nın yarımmüdafiəçisi Xaver Pastoreni transfer etmək istəyir.

MLS təmsilçisi argentinalı futbolçunun agenti ilə danışıq aparır. Gələn ay 31 yaşı tamam olacaq futbolçunun "canavarlar"la müqaviləsi 2023-cü ilin iyunun 30-da tamamlanacaq.

"Roma" 2018-ci ilin yayında PSJ-dən 24,7 milyon avroya transfer etdiyi futbolçunu çox maaş almasına görə satmaq fikrindədir. Pastore bu mövsüm 13 oyunda 2 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"