Bir dəqiqə oynayıb, amma çempionluq medalı alacaq

2 May 2020 13:20 Fransa 1 229
Bir dəqiqə oynayıb, amma çempionluq medalı alacaq

PSJ-nin hücumçusu Xese də çempionluq medalı alacaq.

Sportinfo.az xəbər verir ki, Fransada mövsüm yarımçıq dayandırılıb və PSJ çempion elan edilib.

Məsələ burasındadır ki, 27 yaşlı ispan hücumçu cari mövsümdə PSJ-nin heyətində cəmisi bir oyunda meydana çıxıb. O, 4-cü turda “Mets”lə keçirilən qarşılaşmada sonradan meydana daxil olub və cəmisi bir dəqiqə oynayıb.

Sentyabr ayında isə futbolçu “Sportinq”ə icarəyə verilib. Amma buna baxmayaraq, ona da çempionluq medalı veriləcək. Xese PSJ-də 2016-cı ildən çıxış edir. Onun müqaviləsi 2021-ci ilin yayında yekunlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM