Mövsüm ləğv olundu, 243 milyon avrodan oldular

2 May 2020 11:06 Fransa 560
Mövsüm ləğv olundu, 243 milyon avrodan oldular

Fransa çempionatının oyunlarını yayımlayan “Canal+” telekanalı Liqa 1-lə əməkdaşlığı dayandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Tərəflər arasında olan müqavilənin pozulmasına səbəb koronavirusa görə Liqa 1-in erkən yekunlaşdırılması olub.

“Canal+” və “beİN Sports” şirkəti Fransa Peşəkar Futbol Liqasına (LFP) ödəməli olduqları 243 milyon avronu verməkdən imtina edib. Koronavirusa görə erkən yekunlaşdırılan Liqa 1-də PSJ çempion elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!