Mövsüm yekunlaşdırıldı, karyerasını bitirdiyini açıqladı

2 May 2020 00:28 Fransa 741
Mövsüm yekunlaşdırıldı, karyerasını bitirdiyini açıqladı

“Dijon”da çıxış edən Floren Balmont karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb.

Balmont, Liqa 1-də mövsümün dayandırılmasından sonra karyerasını bitirdiyini açıqlayıb. Fransız yarımmüdafiəçi daha əvvəl mövsümün sonunda karyerasını bitirə biləcəyini demişdi.

“Lion”un yetirməsi olan Balmont, karyerası ərzində “Tuluza”, “Nitsa”, “Lill” və “Dijon”da çıxış edib. Liqa 1 koronavirus pandemiyasına görə dayandırılıb və PSJ klubu çempion elan olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!