"Qarabağ"ın satdığı hücumçudan PİS XƏBƏR

24 Noyabr 2023 13:40 Fransa 7 098
"Qarabağ"ın satdığı hücumçudan PİS XƏBƏR

“Sent-Etyen”də çıxış edən "Qarabağ"ın sabiq legioneri İbrahima Vaci problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, avqustun 12-də "Rodez"ə 2:1 hesabı ilə qalib gəldikləri Liqa 2-nin oyununda sıradan çıxan 28 yaşlı hücumçu hələ də zədəsini sağalda bilmir.

Onun dekabrın ortalarında yaşıl meydanlara qayıda biləcəyi ehtimal olunur. Daha əvvəl seneqallı forvardın oktyabrın sonlarında sıraya dönəcəyi gözlənilirdi.

İbrahima Vaci 2021/2022 mövsümündə "Qarabağ"ın formasını geyinib və komanda ilə Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır