"Üzr istəsə də, mən onunla 2 il danışmadım" - FOTO

11 Aprel 2020 21:20 Fransa 726
"Üzr istəsə də, mən onunla 2 il danışmadım" - FOTO

"Oyundan sonra paltardəyişmə otağında Zinəddin Zidan üzr istədi. Amma mən onun üzrxahlığını qəbul etmədim. Bunun üçün münasib vaxt deyildi. Biz çox məyus idik".

Sportinfo.az xəbər verir ki, bunu Fransa millisinin sabiq futbolçusu Villi Sanyol İtaliya ilə keçirdikləri 2006-cı il dünya çempionatının final oyunu barədə RMC-yə danışarkən deyib.

Keçmiş müdafiəçi Zidanla iki ilədək danışmadığını bildirib: "Paltardəyişmə otağından tualetə gedərək, 10 dəqiqəyə 250 siqaret çəkdim.

Bundan sonra Zidanla iki il danışmadım. 2008-ci ildə toyum oldu. Həyat yoldaşım dedi ki, onu da çağırım. Mən Zinəddinə zəng etdim, birgə nahar etdik. Aramızda yaxşı söhbət oldu".

Final oyununun əsas və əlavə vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Görüşün 109-cu dəqiqəsində fransalı yarımmüdafiəçi Zinəddin Zidan italiyalı müdafiəçi Marko Materatsinin sinəsinə başla zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Penaltilər seriyasında isə İtaliya yığması qələbə qazanıb - 5:3.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!