“Lans”ın əfsanəsi koronavirusdan öldü

3 Aprel 2020 16:42 Fransa 636
“Lans”ın əfsanəsi koronavirusdan öldü

“Lans”ın sabiq qapıçısı və baş məşqçisi Arnold Savinski 89 yaşında vəfat edib.

Sportinfo.az xəbər verir ki, “Lans”ın əfsanəvi şəxsinin koronavirus səbəbindən öldüyü bildirilir. Klub bununla bağlı açıqlama yayıb:

“Lans” dərin kədər içindədir. Şaxtaçı, oyunçu, məşqçi, azarkeş... O, özündə klubun ruhunu cəmləşdirmişdi. Doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

O, “Lans”ın şərəfini 1952-1966-cı illərdə qoruyub. Baş məşqçi kimi isə komandanı 400-dən artıq oyuna çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti