Telekanal klublara 110 milyon avro ödəməkdən imtina etdi

1 Aprel 2020 00:28 Fransa 739
Telekanal klublara 110 milyon avro ödəməkdən imtina etdi

Fransa çempionatını yayımlayan “Canal Plus” telekanalı klublara aprel ayı üçün 110 milyon avro ödəməyəcək.

Sportinfo.az xəbər verir ki, səbəb koronavirus pandemiyasına görə çempionatın dayandırılmasıdır.

Telekanalın rəhbərliyi məsələ ilə bağlı Liqa 1 rəsmilərinə məktub göndərib. Bildirilib ki, oyunların təxirə salınması səbəbindən ödəmə olmayacaq: “Hökumət matçları keçirməyə qərar verəndə, ödəmə üçün yenidən müzakirə apararıq.

Müqavilədə qarşılaşmalar keçirilməyəndə ödəmə olunması ilə bağlı maddə yoxdu”.Fransa çempionatı martın 13-də koronavirusa görə dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti