"Məktub alıb cırdım, həqiqəti yalnız 3 nəfər bilir"

30 Mart 2020 19:16 Fransa 739
"Məktub alıb cırdım, həqiqəti yalnız 3 nəfər bilir"

PSJ-nin futbolçusu Anxel di Mariya 2014-cü ildə keçirilən dünya çempionatının final oyunundan əvvəl yaşanan hadisə barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Argentina yığmasının şərəfini qoruyan Di Mariya həmin vaxt çıxış etdiyi “Real”dan final oyunundan əvvəl məktub alıb.

Amma o, məktubu cırıb: “Həqiqəti yalnız 3 nəfər bilir. Həkim Daniel Martines, həmin vaxt Argentina yığmasını çalışdıran Alexandro Sabelya və mən.

Belçika ilə oyundan sonra məndə dartılma müəyyən etdilər. Ayağım qaydasında deyildi, amma oynamaq istəyirdim.

Buna görə karyeram bitə bilərdi. Amma məni bu təhlükə narahat etmirdi. Bilirdim ki, “Real” məni satmaq istəyir. Sabelya mənə klubdan gələn məktubu göstərdi. Amma o məktubu oxumadan cırdım.

Ondan sonra ağlaya-ağlaya baş məşqçiyə yaxınlaşdım və oynamağa 100 faiz hazır olmadığımı bildridim. Bilirdim ki, o, məni meydana buraxmaq istəyir. Amma mən də komanda üçün ən yaxşı variant haqda düşünürdüm. Razılaşdım ki, mənim yerimə Entso Peres oynasın”.

Argentina DÇ-2014-ün finalında Almaniyaya məğlub olub – 0:1. DÇ-dən sonra isə Di Mariya “Mançester Yunayted”ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu