“Məndən asılı olsaydı, Neymar çoxdan "Real”da olacaqdı”

28 Mart 2020 11:34 Fransa 1 588
“Məndən asılı olsaydı, Neymar çoxdan "Real”da olacaqdı”

“Real”ın sabiq futbolçusu Roberto Karlos PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Sportinfo.az İxəbər verir ki, 46 yaşlı sabiq futbolçu, Neymarla bağlı bunları deyib:

“Məndən asılı olsaydı, Neymar uzun müddət əvvəldən “Real”da olacaqdı, amma bu, alınmırdı. Onun bura gəlməsini istəyirdim, demək olar ki, onunla hər gün bu barədə danışırdıq.

Belə möhtəşəm futbolçular hər zaman dünyanın ən yaxşı klublarında oynamalıdırlar. Hazırda “Real” kimi klub hər futbolçu üçün karyerasının əsas mərhələsidir.

Çempionlar Liqasında qalib gəlmək istəyirsən? Onda “Real”a get. Neymar hazırda PSJ-də xoşbəxt görünür. O, hər zaman belə oynamalıdır. Neymar hər kəsin izləmək istədiyi futbolçudur”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”