“Yayda futbolçu almaq üçün pulumuz qalmayacaq” – Klub prezidenti

24 Mart 2020 12:44 Fransa 977
“Yayda futbolçu almaq üçün pulumuz qalmayacaq” – Klub prezidenti

“Sent-Etyen”in prezidenti Bernard Çayasso koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri, virusun ölkə futboluna vurduğu zərərlər haqqında danışıb:

“Hazırda klublar əlavə gəlir əldə edə bilmirlər. Bundan başqa, teleyayım və digər gəlirlərin olmamasını də nəzərə alaq. Bir müddət sonra maddi əskikliyi görəcəyik. Yayda futbolçu almaq üçün pulumuz qalmayacaq.

Nə olursa olsun, çempionatı tamamlamalıyıq. Çempionatın iyul ayında bitməsi lazım olsa belə, bunu etməliyik. Açığı, hazırkı vəziyyətdə iyunun 15-nə qədər oyunları bərpa edəcəyimizi düşünmürəm. Amma ən vacib məsələ oynamaq, mövsümü davam etdirməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti