PSJ-də qərar verildi: Mbappe qalır, Neymar…

10 Mart 2020 01:52 Fransa 1 433
PSJ-də qərar verildi: Mbappe qalır, Neymar…

PSJ hücumçusu Neymarı sata bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Paris klubunun digər hücumçusu Kilian Mbappeni saxlamaq istəməsidir.

Fransalı futbolçunu komandada saxlamaqda qərarlı olan klub, Neymar və başqa bir futbolçunun satılmasına razıdır. Klub, Neymarı sataraq, Mbappeyə yüksək məvacib təklif etmək niyyətindədir.

Keçən yay “Barselona” Neymarı yenidən heyətinə qatmaq istəsə də, PSJ-nin yüksək təzminat məbləği tələbi ilə razılaşmamışdı. Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM