PSJ-nin oyunu təxirə salındı

7 Mart 2020 17:38 Fransa 651
PSJ-nin oyunu təxirə salındı

Fransa çempionatının XXVIII turunda keçirilməsi planlaşdırılan "Strasburq" - PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Qarşılaşma bu gün keçirilməli idi.

Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkə və regionda qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı