Bu klubda qolu qucaqlaşıb qeyd etmək qadağan olundu

7 Mart 2020 11:34 Fransa 649
Bu klubda qolu qucaqlaşıb qeyd etmək qadağan olundu

"Marsel"də futbolçulara koronavirusla bağlı bəzi qadağalar qoyulub.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında komandanın futbolçusu Valer Jermen deyib.

30 yaşlı hücumçunun sözlərinə görə, klubun tibbi personalı oyunçulara matç vaxtı əl sıxmaq və qucaqlaşmağı qadağan edib: "Bu gün "Amyen"ə qol vursaq, bunu müəyyən məsafədən qeyd etmək üçün variant icad etməliyik".

Liqa 1-də turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Marsel" bu gün XXVIII tur çərçivəsində evdə "Amyen" klubu ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti