PSJ-nin prioriteti – hamı gedə bilər, ondan savayı!

5 Mart 2020 13:54 Fransa 838
PSJ-nin prioriteti – hamı gedə bilər, ondan savayı!

PSJ rəhbərliyinin əsas prioriteti nəyin bahasına olursa-olsun, Kilian Mbappe ilə yeni müqavilə bağlamaqdır.

Sportinfo.az xəbər verir ki, PSJ-nin prezidenti Naser Əl-Xələfi bildirib ki, yayda klubu hamı tərk edə bilər, yalnız Mbappedən başqa.

O, PSJ-nin Kilianın ətrafında qurulmalı olduğunu vurğulayıb. Buna görə də klub rəhbərliyi 21 yaşlı futbolçu ilə yeni müqavilə bağlamağı planlaşdırır. Onun razı salmaq üçün rekord məbləğdə müqavilə hazırlanır.

Məlumata görə, Mbappe yeni müqaviləyə qol çəksə, PSJ-dən hamıdan çox məvacib alacaq. Onun məvacibi Neymarın aylıq məvacibini də üstələyəcək.

Mbappe cari mövsümdə PSJ-nin heyətində 32 oyunda meydana çıxıb, 30 qol vurub, 17 qol ötürməsi edib. Onunla Avropanın nəhəng klubları, o cümlədən Madrid “Real”ı ciddi maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda