Matçdan əvvəl insident: 3 azarkeş xəstəxanalıq oldu - FOTO

1 Mart 2020 18:20 Fransa 979
Matçdan əvvəl insident:  3 azarkeş xəstəxanalıq oldu - FOTO

Fransa çempionatının 27-ci turu çərçivəsində keçiriləcək “Olimpik” (Lion) – “Sent-Etyen” matçından əvvəl hər iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qarşıdurmada 100-ə yaxın fanat iştirak edib. Azarkeşlər arasında baş verən dava polisin müdaxiləsindən sonra bitib.

Qarşıdurma zamanı “Sent-Etyen”in 9 azarkeşi yaralanıb. Yaralılardan üçü isə xəstəxanalıq olub. Bu gün keçiriləcək “Olimpik” – “Sent-Etyen” matçına saat 00:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM