“Çelsi” fransız üçün 50 milyon avro təklif edəcək

1 Mart 2020 14:40 Fransa 800
“Çelsi” fransız üçün 50 milyon avro təklif edəcək

“Çelsi” “Lion”dan Ussem Auarı transfer etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “zadəganlar” mövsümün sonunda 21 yaşlı fransız yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Bu barədə “goal.com” saytı məlumat yayıb. Xəbərdə “Çelsi”nin Auar üçün “Lion”a 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Auar bu mövsüm “Lion” formasıyla 34 oyunda 9 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti