Mbappe - klub tarixinin ən məhsuldar 7-ci futbolçusu

24 Fevral 2020 13:54 Fransa 834
Mbappe - klub tarixinin ən məhsuldar 7-ci futbolçusu

Fransa çempionatının 23-cü turunda PSJ evdə "Bordo"nu 4:3 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir k, Paris təmsilçisinin hücumçusu Mbappenin görüşün 69-cu dəqiqəsində vurduğu qol əlamətdar olub.

Fransalı forvard bu oyunda fərqlənməklə komandasında 85-ci qolunu vurub. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.

Komandanın bugünə qədər ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçu PSJ forması ilə 200 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi