Daha bir məşhur hücumçu Səudiyyə Ərəbistanı yolunda

16 İyul 2024 01:30 Fransa 2 679
Daha bir məşhur hücumçu Səudiyyə Ərəbistanı yolunda

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutur.

Sportinfo.az xəbər verir ki, "Marsel"in hücumçusu Pyerr Emerik Obameyanq karyerasına Asiya ölkəsində davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qabonlu forvard "Əl-Qadsia" klubu ilə razılıq əldə edib. Tərəflər arasında 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Pyerr Emerik Obameyanq ötən ilin yayından "Marsel"də çıxış edir. 35 yaşlı hücumçu Fransa klubunun heyətində meydana çıxdığı 51 rəsmi matçda 30 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var