“Düşünmürəm ki, o, ayrılmaq üçün bundan istifadə etsin”

5 Fevral 2020 15:32 Fransa 908
“Düşünmürəm ki, o, ayrılmaq üçün bundan istifadə etsin”

PSJ-nin baş məşqçisi Tomas Tuxel Liqa 1-in 22-ci turunun “Monpelye” ilə matçında (5:0) Kilian Mbappe ilə arasında yaşanan gərginlik haqda danışıb.

Sportinfo.az xəbər verir ki, “goal.com”a açıqlama verən Tuxel bunları deyib:

“Düşünmürəm ki, Mbappe PSJ-dən ayrılmaq üçün bundan istifadə etsin. O, bizim futbolçudur və müqaviləsi var.

Problem odur ki, azarkeşlər, jurnalistlər və bir çox insanlar bu haqda danışmaq istəyir. Bu, məni kədərləndirir. Halbuki meydanda danışılası müsbət şeylər çox idi”.

“Monpelye” ilə matçda Tuxel Mbappeni Mauro İkardiylə əvəzləmişdi. Fransız futbolçu baş məşqçinin bu qərarı ilə razılaşmamış və kiçik mübahisə yaranmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!