Etiraf etdi, baş məşqçi və komanda yoldaşlarından üzr istəmədi

5 Fevral 2020 01:38 Fransa 671
Etiraf etdi, baş məşqçi və komanda yoldaşlarından üzr istəmədi

PSJ-nin baş məşqçisi Tomas Tuhel futbolçusu Kilian Mbappe ilə arasında olan münaqişəyə görə komanda üzvlərini bir araya toplayıb.

Sportinfo.az xəbər verir ki, söhbət zamanı Mbappe almaniyalı çalışdırıcının onu əvəzləşməsinə həddən artıq sərt reaksiya verdiyini etiraf edib.

Ancaq o, Tuhel və komanda yoldaşlarından üzr istəməyib. Gənc hücumçu bir neçə dəfə Tuhelin onu əvəzləməsinə etiraz edib. Sonuncu dəfə isə belə hal Liqanın 22-ci turunda "Monpelye" ilə görüşdə baş verib.

Digər Xəbərlər
Xəbər Lenti