Onun üçün doğum günü daha önəmlidir, nəinki...

4 Fevral 2020 11:56 Fransa 681
Onun üçün doğum günü daha önəmlidir, nəinki...

PSJ-nin futbolçusu Neymar fevralın 4-də Fransa çempionatının 23-cü turunda keçiriləcək “Nanat”la qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Sportinfo.az xəbər verir ki, Neymar doğum gününə görə meydana çıxmayacaq. Braziliyalı futbolçu fevralın 5-də 28 yaşını qeyd edəcək. O, artıq 3-cü dəfədir ki, ad gününə görə PSJ-nin oyununu buraxır.

2019-cu ilin 6 fevralında o, kubok qarşılaşmasını buraxmışdı. Elə ondan bir il əvvəl də eyni tarixdə “Soşo” ilə keçirilən kubok oyununda meydana çıxmamışdı.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Onun transferi parislilər 222 milyon avroya başa gəlib. Cari mövsümdə 18 oyunda meydana çıxan braziliyalı 15 qol vurub, 10 ol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!