Poqba Fransa klubunda

19 May 2020 01:38 Fransa 1 040
Poqba Fransa klubunda

“Mançester Yunayted”də çıxış edən Pol Poqbanın qardaşı Florentin Poqbanın yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, Fransanın 2-ci liqa təmsilçisi “Soşo” ilə anlaşıb.

Bu barədə sözügedən klubun rəsmi saytı mlumat yayıb. Xəbərdə bildirilir ki, 29 yaşlı müdafiəçi gələn həftə tibbi müayinələrdən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. Tərəflər 3 illik anlaşıblar.

Son klubu MLS təmsilçisi “Atlanta Yunated” olan Florentin Poqba, karyerası ərzində “Sedan”, “Sent-Etyen”, “Gənclərbirliyi” kimi komandalarda da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi