3 futbolçunu birdən aldı

30 Yanvar 2020 15:33 Fransa 840
3 futbolçunu birdən aldı

Liqa 1-də ikinci dövrəyə yaxşı başlayan “Monako” heyətini yeni oyunçularla gücləndirib.

Sportinfo.az xəbər verir ki, "knyazlıq klubu" 3 futbolçunun keçidini eyni gündə rəsmiləşdirib.

Yeni baş məşqçi Roberto Morenonun komandası “Strasbur”dan Yussuf Fofana, “Bordo”dan Orelyen Çuame və “Legiya”dan Radoslav Mayeçkini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər üç futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər müqavilə bağlanıb.

Amma qapıçı Mayeçki Polşa klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti