"Ona görə özümə Ronaldonu kumir seçməliyəm"

27 Yanvar 2020 20:00 Fransa 994
"Ona görə özümə Ronaldonu kumir seçməliyəm"

PSJ-nin ulduzu Kilyan Mbappe İtaliya mətbuatına müsahibə verib.

Fransalı oyunçu bu mövsüm PSJ-də 23 oyun keçirib və 21 qol vurub. Sportinfo.az xəbər verir ki, fransalı oyunçu özünün kumirini açıqlayıb:

"Əgər Fransada doğulmusunuzsa, sizin kumiriniz Zidan olmalıdır. Ancaq Zidanla yanaşı, mən özümə Kriştiano Ronaldonu da örnək alıram.

Messi kimi olmaq üçün artıq gecdir. Çünki o, indiyə qədər yalnız bir komandada çıxış edib. Mən isə artıq komandamı dəyişmişəm. Ona görə özümə Ronaldonu kumir seçməliyəm”.

Digər Xəbərlər
Xəbər Lenti