Oktyabrda gəldi, dünən qovuldu - Həvəskar kluba uduzdu

5 Yanvar 2020 17:44 Fransa 1 417
Oktyabrda gəldi, dünən qovuldu - Həvəskar kluba uduzdu

Fransa Liqa 1 təmsilçisi "Tuluza" 2 ay əvvəl baş məşqçi postuna gətirdiyi Antuan Kambuareni istefaya göndərib

Sportinfo.az xəbər verir ki, "bənövşəyilər"in rəhbərliyi Fransa kubokunun 1/32 final mərhələsi çərçivəsində həvəskar "Sent-Prive"yə məğlubiyyəti (0:1) ona bağışlamayıb.

"Tuluza"nı oktyabrın 20-dən çalışdıran 56 yaşlı mütəxəssis Liqa 1-də keçirdiyi ardıcıl 10 oyunda məğlub olub.

Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komandanın 19 turdan sonra aktivində 12 xal var.

Digər Xəbərlər
Xəbər Lenti