PSJ-nin futbolçusu Kilian Mbappe “France Football” nəşrinə açıqlama verib.
Sportinfo.az xəbər verir ki, fransız hücumçu komanda yoldaşı Neymara kömək etmək istədiyini deyib:
“Mən Paris klubuna gələndə Neymar superulduz idi. Onunla heç bir mübahisəmiz yox idi. Sadəcə, ona kömək etmək istəyirdim.
Lakin DÇ-2018-də ciddi zədələndi. Ancaq mən mundialı qazandım. Bundan sonra Neymarla danışdım və onun PSJ-dəki yerini tutmaq istəmədiyimi dedim.
Neymarın DÇ-2018-də zədələnməsi Fransa yığması üçün yaxşı idi. O, PSJ-nin əsas ulduzudur və mən onun yerini tutmaq istəmirəm. İstədiyim Neymara kömək etməkdir”.

