İstefaya göndərildi - yeni baş məşqçi bəllidir

29 Dekabr 2019 01:10 Fransa 1 438
İstefaya göndərildi - yeni baş məşqçi bəllidir

"Monako"da baş məşqçi dəyişikliyi reallaşıb.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Leonardo Jardimlə yollar ayrılıb. Portuqaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

45 yaşlı mütəxəssisi ispaniyalı çalışdırıcı Roberto Moreno əvəz edib. Onunla 2022-ci ilin yayına qədər müqavilə imzalanıb. 42 yaşlı çalışdırıcının son iş yeri İspaniya millisi olub. O, 6 oyunda yığmanın baş məşqçisi olub.

Jardim 2014-2019-cu illərdə "knyazlıq klubu"nu çalışdırıb. "Monako" onun rəhbərliyi altında bir dəfə Fransa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!